Uzman Dos. Dr. Cavid Cabbarzadə növbəti ölkəxarici konfransa məruzə etmək üçün dəvət edildi. Fransanın Kann şəhərində təşkil olunan Avropa Üz Plastik Cərrahiyyəsi Akademiyasının builki toplantısı film festivallarının keçirildiyi məhşur sarayın konfrans zalında baş tutdu. Dr. Cabbarzadə estetik burun cərrahiyyəsi ilə əlaqəli bir paneldə çıxış etdi.