Image

Yüklənir...

Dos. Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2023 Dos. Dr. Cavid Cabbarzadə
Həkim haqqında

Dos. Dr. Cavid Cabbarzadə 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur. 2008-2009-cu illər arasında 3 saylı Sumqayıt şəhər xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə internatura kursu keçmişdir. 2009-cu ildə Türkiyə Respublikasında keçirilən TUS (Tibdə Uzmanlıq Sınavı) imtahanında xarici vətəndaşlar arasında 2-ci nəticəni əldə etmiş və Hacettepe Universitetində uzmanlıq proqramı çərçivəsində, qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə ixtisası tamamlayaraq qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı olmuşdur.

Dos. Dr. Cabbarzadənin ABŞ və Avropada çap olunan bir çox elmi jurnallarda məqalələri dərc olunmuşdur. Bu məqalələrdə əsasən estetik burun cərrahiyyəsi sahəsində yeni texnikalar, alqoritmlər və cərrahi alətlər öz əksini tapıb. Onun tərəfindən rinoplastikada istifadə üçün dizayn edilmiş iki cərrahi alət (Cabbarzade Crusher və Cabbarzade Blade) patentlə təsdiq olunmuşdur. Dos. Dr. Cabbarzadə bu yenilikləri təqdim etmək məqsədilə hər il dünyanın müxtəlif ölkələrinə rinoplastika ilə bağlı məruzə üçün dəvət edilir. ABŞ, İngiltərə, Almaniya, Norveç, İspaniya, Fransa, İtaliya, Braziliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İran, Portuqaliya onun rinoplastika ilə bağlı məruzə edərək Azərbaycanı təmsil etdiyi ölkələrdəndir.

O, 2018-ci ildə Londonda Beynəlxalq Üz Plastik Cərrahiyyəsi Akademiyaları tərəfindən sertifikatlaşdırılaraq “European Board Certified Facial Plastic Surgeon” ünvanını qazanmışdır. Eyni zamanda, üz plastik və rekonstruktiv cərrahiyyə üzrə diplomat təyin edilmişdir. 2022-ci ildə isə Vyanada keçirilən ikimərhələli imtahan sonrası “European Board Certified Otorhinolaryngologist” ünvanını qazanmışdır. Dos. Dr. Cabbarzadə hazırda ölkəmizdə həm qulaq-burun-boğaz, həm də üz plastik cərrahiyyəsi üzrə Avropada sertifikatlaşdırılmış yeganə cərrahdır.

O, 2018-ci ildə Fairmont Hotel Flame Towers - da Azərbaycan səhiyyə tarixində ilk dəfə, 14 fərqli ölkədən cərrahların iştirak etdiyi beynəlxalq rinoplastika konfransını - “Baku Rhinoplasty Days”-i təşkil etmişdir.

Türkiyənin Yeni Yüzyıl Universiteti Gaziosmanpaşa xəstəxanasında tibb tələbələrinə qulaq-burun-boğaz ixtisası üzrə dərslər tədris etmişdir. 2023 – cü ildə Dr. Cabbarzadənin elmi fəaliyyəti, T.C. Üniversitelerarası Kurul Başkanlığı tərəfindən dəyərləndirilərək ona qulaq-burun-boğaz xəstəlikləri üzrə dosent ünvanı verilmişdir.

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin həmtəsisçisi və sədridir.

Həkimin üzv olduğu dərnəklər

  • European Academy of Facial Plastic Surgery
  • European Academy of Otology and Neurotology
  • Türk Rinoloji Derneği
  • Yüz Plastik Cerrahi Derneği
  • Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Derneği
  • Sürekli Eğitim ve Bilimsel Araştırmalar Derneği
  • Hacettepe Üniversitesi Mezunlar Derneği