Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Konxalar: Hər iki burun boşluğunda 3 ədəd konxa mövcuddur. Alt, orta və üst konxaların böyüklüyü yuxarıdan aşağıya doğru getdikcə artır. Yəni üst konxa ən kiçik, alt konxa ən böyükdür.

İçərisində bol miqdarda qan damarları olan konxaların əsas funksiyaları nəfəs alınan havanı isitmək, soyutmaq, nəmləndirmək və filtr etməkdir. Konxaların böyüklüyü sabit deyildir və havanın temperaturu, nəmliyi, orqanizmdəki fizioloji proseslər və hormonal dəyişikliklər kimi bir çox faktora bağlı olaraq dəyişir. Normada gün ərzində sağ və sol burun boşluğundakı konxaların böyüklüyü bir neçə saat ara ilə dəyişir, məsələn, sağ tərəfdəki konxalar böyüdükdə sol tərəfdəkilər kiçilir və sonra tam tərsi baş verir.

Böyümə daha çox alt konxalarda müşahidə edilir. Konxa hipertrofiyası ilə yanaşı septum deviasiyası mövcuddursa burun tıxanıqlığı daha da bariz olur. Konxa hipertrofiyasının ən çox rast gəlinən səbəbi allergiyadır. Digər səbəblər arasında xronik sinusit, siqaret istifadəsi, kimyəvi qazların udulması, havanın kirliliyi, uzunmüddətli burun açıcı spreylər və damcıların istifadəsi sadalana bilər.

Müalicəsi: Konxa hipertrofiyasında öncəliklə dərman müalicəsi başlanılır.

  • Hipertonik məhlullarla burunu yumaq, tıxanıqlığı qısa müddətli aradan qaldırır.
  • Kortizonlu burun spreyləri uzunmüddətli istifadə etdikdə, xüsusən də allergiyası olan xəstələrdə faydalıdır.
  • Dekonjestan dərmanlar, qısa müddət istifadə etdikdə burun tıxanıqlığını azaldır. Ancaq uzunmüddətli istifadəsi məqsədəuyğun deyil. Yüksək təzyiqi olanlarda, ürək-böyrək xəstələrində, prostat böyüməsi olanlarda, göz daxili təzyiqi yüksək olan xəstələrdə istifadəsi əks göstərişdir. Burun açıcı spreylər qısa müddətdə fayda verir. Uzunmüddətli istifadədən sonra konxalar daha da böyüyür və burun tıxanıqlığı artır.

Konxa cərrahiyyəsi: Bu zaman böyümüş konxa kiçildilir. Kiçiltmə bir neçə fərqli metodlarla aparıla bilər:

  • Cərrahi kiçiltmə
  • Mikrodebrider ilə kiçiltmə
  • Koterizasiya
  • Lazer
  • Radiofrekans - ən çox istifadə olunan metoddur. Konxanın funksiyasını təmin edən səthini pozmadan içindəki qan damarları ilə zəngin hissəsi kiçildilir. Radiofrekans cihazının iynəsi konxanın içinə salınaraq radio dalğaları tezliyində verilən enerji, konxanın büzüşməsinə səbəb olur.

Bu metodların təyinat qərarı həkimin seçiminə və konxanın vəziyyətinə görə dəyişir.

Konxa cərrahiyyəsindən sonra qanaxmanı azaltmaq üçün burun daxilinə bir və ya iki gün tamponlar və ya silikonlar yerləşdirilə bilər. Konxa cərrahiyyəsindən sonrakı ilk həftədə burundaxili şişmə, qabıqlanma, burunda ifrazatın artması və qatılaşması səbəbi ilə burun tıxanıqlığı arta bilər. Aparılan müalicənin nəticəsi 6-8 həftə ərzində ortaya çıxır. Buna görə də, burun tıxanıqlığının erkən dövrdə aradan qalxması gözlənilməməlidir.