Niyə Dos. Dr. Cavid Cabbarzadə?
Müraciət etməyiniz üçün əsas səbəblər
Niyə Dos. Dr. Cavid Cabbarzadə?
Axtarış motorlarında insanlar tərəfindən tez-tez, "ən yaxşı rinoplastika həkimi" və ya "rinoplastika üçün hansı həkim" kimi axtarışlar aparılır. Əslində bu sualların konkret cavabı yoxdur. Çünki, "ən yaxşı burun" və "ən yaxşı həkim" anlayışları nisbidir. Hər kəs öz zövqünə, gözləntisinə və anlayışına uyğun olaraq həkim seçir. Dos. Dr. Cavid Cabbarzadə təbii, əməliyyat olunduğu bilinməyən və funksional burunlara üstünlük verir. Aşağıda pasiyentlərin hansı səbəblərə görə Dos. Dr. Cavid Cabbarzadəni seçə biləcəkləri qeyd olunmuşdur.
- Uzun illərdir yalnız burun əməliyyatlarına yönəlib. Təcrübəsinin 95%-ni rinoplastika əməliyyatları təşkil edir. Türkiyənin ən qabaqcıl universitetlərindən biri olan Hacettepe Universitetində qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi üzrə ixtisas təhsili alıb. Rinoplastikanın ən vacib aspekti şübhəsiz ki, nəfəs və funksionallıqdır. O, ixtisas dövründə tənəffüs problemi olan yüzlərlə Türkiyə vətəndaşını müalicə və əməliyyat etmişdir. İxtisas dövründən rinoplastikaya yönələn Dr. Cabbarzadə elmi işini də rinoplastika üzrə aparmışdır. 2023-cü ildə Türkiyə Respublikasının Universitetlərarası Şurası tərəfindən elmi fəaliyyəti dəyərləndirilərək ona qulaq-burun-boğaz xəstəlikləri üzrə dosent elmi adı verilmişdir.
- O, 2018-ci ildə Londonda Beynəlxalq Üz Plastik Cərrahiyyəsi Akademiyaları tərəfindən sertifikatlaşdırılaraq “European Board Certified Facial Plastic Surgeon” sertifikatını qazanmışdır. Eyni zamanda, üz plastik və rekonstruktiv cərrahiyyə üzrə “Diplomate” statusu almışdır. 2022-ci ildə isə Vyanada keçirilən ikimərhələli imtahandan sonra “European Board Certified Otorhinolaryngologist” sertifikatını qazanmışdır. Dr. Cabbarzadə hazırda ölkəmizdə həm qulaq-burun-boğaz, həm də üz plastik cərrahiyyəsi üzrə Avropada sertifikatlaşdırılmış yeganə cərrahdır.
- Dr. Cabbarzadə rinoplastika sahəsində yeni texnikalar, alqoritmlər və patentli alətlər hazırlamışdır. Bu yenilikləri təqdim etmək üçün hər il dünyanın müxtəlif ölkələrinə rinoplastika ilə bağlı məruzə üçün dəvət edilir. ABŞ, İngiltərə, Almaniya, Norveç, İspaniya, Fransa, İtaliya, Braziliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İran, Portuqaliya, Dr. Cabbarzadənin rinoplastika ilə bağlı məruzə etdiyi ölkələrdən bəziləridir.
- O, texnoloji və cərrahi yenilikləri yaxından izləyir və uyğun pasiyentlərində tətbiq edir. Onun rinoplastika kitabxanasında müasir rinoplastikanın atası sayılan Jacques Joseph - in kitabı da daxil olmaqla, rinoplastika ilə bağlı yüzlərlə kitab və məqalələr vardır. Müasir dövrdə istifadə olunan cərrahi texnikalara mükəmməl yiyələnən Dr. Cabbarzadə hər pasiyentində ona ən uyğun texnikanı tətbiq edir.
- Onun üçün keyfiyyət ön plandadır. Onun əsas prinsipi çoxlu əməliyyat etmək yox, məmnun pasiyentlərə malik olmaqdır. O, həm əməliyyata daha yaxşı cəmlənmək üçün, həm də əməliyyat etdiyi pasiyentlərə yüksək xidmət göstərə bilmək üçün hər gün yalnız bir rinoplastika əməliyyatı edir.
- İngilis dilini mükəmməl bildiyi üçün və dünya standartlarına uyğun xidmət göstərdiyi üçün hər il onlarla pasiyent ölkə xaricindən Dr. Cabbarzadəyə müalicə və əməliyyat üçün müraciət edir.
AZ
EN
RU
