Tərcümeyi-hal
Dos. Dr. Cavid Cabbarzadə haqqında
Həkim haqqında
Dos. Dr. Cavid Cabbarzadə 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur. 2008–2009-cu illərdə 3 saylı Sumqayıt Şəhər Xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə internatura keçmişdir. 2009-cu ildə Türkiyə Respublikasında keçirilən TUS (Tibbdə İxtisas İmtahanı) imtahanında xarici vətəndaşlar arasında 2-ci nəticəni əldə etmiş və Hacettepe Universitetində ixtisas proqramı çərçivəsində qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə ixtisası tamamlayaraq qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi üzrə mütəxəssis olmuşdur.
Dos. Dr. Cabbarzadənin ABŞ və Avropada çap olunan bir çox elmi jurnallarda məqalələri dərc olunmuşdur. Bu məqalələrdə əsasən estetik burun cərrahiyyəsi sahəsində yeni texnikalar, alqoritmlər və cərrahi alətlər öz əksini tapıb. Onun rinoplastikada istifadə üçün hazırladığı iki cərrahi alət (Cabbarzade Crusher və Cabbarzade Blade) patentlə təsdiq olunmuşdur. Dos. Dr. Cabbarzadə bu yenilikləri təqdim etmək məqsədilə hər il dünyanın müxtəlif ölkələrinə rinoplastika ilə bağlı məruzə üçün dəvət edilir. ABŞ, İngiltərə, Almaniya, Norveç, İspaniya, Fransa, İtaliya, Braziliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İran, Portuqaliya onun rinoplastika ilə bağlı məruzə edərək Azərbaycanı təmsil etdiyi ölkələrdəndir.
O, 2018-ci ildə Londonda Beynəlxalq Üz Plastik Cərrahiyyəsi Akademiyaları tərəfindən sertifikatlaşdırılaraq “European Board Certified Facial Plastic Surgeon” sertifikatını qazanmışdır. Eyni zamanda, üz plastik və rekonstruktiv cərrahiyyə üzrə “Diplomate” statusu almışdır. 2022-ci ildə isə Vyanada keçirilən ikimərhələli imtahandan sonra “European Board Certified Otorhinolaryngologist” sertifikatını qazanmışdır. Dos. Dr. Cabbarzadə hazırda ölkəmizdə həm qulaq-burun-boğaz, həm də üz plastik cərrahiyyəsi üzrə Avropada sertifikatlaşdırılmış yeganə cərrahdır.
O, 2018-ci ildə Fairmont Hotel Flame Towers - da Azərbaycan səhiyyə tarixində ilk dəfə, 14 fərqli ölkədən cərrahların iştirak etdiyi beynəlxalq rinoplastika konfransını - “Baku Rhinoplasty Days”-i təşkil etmişdir.
Türkiyənin Yeni Yüzyıl Universiteti Gaziosmanpaşa xəstəxanasında tibb tələbələrinə qulaq-burun-boğaz ixtisası üzrə dərslər tədris etmişdir. 2023-cü ildə Dr. Cabbarzadənin elmi fəaliyyəti Türkiyə Respublikasının Universitetlərarası Şurası tərəfindən dəyərləndirilərək ona qulaq-burun-boğaz xəstəlikləri üzrə dosent elmi adı verilmişdir.
Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin həmtəsisçisi və sədridir.
Həkimin üzv olduğu dərnəklər
- European Academy of Facial Plastic Surgery
- European Academy of Otology and Neurotology
- Türk Rinoloji Derneği
- Yüz Plastik Cerrahi Derneği
- Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Derneği
- Sürekli Eğitim ve Bilimsel Araştırmalar Derneği
- Hacettepe Üniversitesi Mezunlar Derneği
Sertifikatlar və diplomlar
Aşağıdakılar ixtisas, üzvlük və iştirak sənədləridir. Tam ölçüdə açmaq üçün üzərinə klikləyin.
Avropa BOARD sertifikatı sertifikatlaşdıran qurumun rəsmi reyestrində yoxlanıla bilər: IBCFPRS — sertifikatlı cərrahlar reyestri
Pasiyent rəyləri
Aşağıdakılar Google-da dərc olunmuş rəylərdir — mətnlər olduğu kimi verilir. Google reytinqi: 5,0 / 10
Burun əməliyyatımın üzərindən 8 ay keçir və nəticədən çox razıyam. Həm görünüşüm, həm də nəfəs almağım əvvəlkindən daha yaxşıdır. Cavid doktor çox diqqətli, səbirli və peşəkar yanaşdı. Özümü bütün proses boyunca güvəndə hiss etdim. Əllərinizə sağlıq, sizi rahatlıqla tövsiyə edirəm.
Nərminə M.Doktorun əl işi mükəmməldi. Burunum çox təbii və səliqəli alınıb. Nəfəs alma ideal. Bütün işçilər yardımsevər və qayğıkeşdi. Çox məmnun qaldım.
Nuray Y.agrisiz, eziyyetsiz istediyim gorunuse sahib oldum Cavid dr sayesinde. hem ozu hem komandasi cox sebrli temkinli ve savadli insanlardir. men cox razi qaldim, etrafimdaki hamiya tovsiyye edirem ve etmeye davam edecem, Cavid drya bir daha tesekkurler
Jalə G.Dünən əməliyyat olmağıma baxmayaraq çox xoşbəxt və məmnunam. Nə yaxşı ki, seçimim Cavid doktor oldu.
Ayla S.
Bütün rəyləri Google-da oxu · Rəylər müəlliflərinin yazdığı dildə və orfoqrafiyada verilib.
AZ
EN
RU


























































