Dos. Dr. Cavid Cabbarzadə, 2018-ci ildə Londonda Beynəlxalq Üz Plastik Cərrahiyyəsi Akademiyaları tərəfindən sertifikatlaşdırılaraq “European Board Certified Facial Plastic Surgeon” sertifikatını qazanmışdır. Eyni zamanda, üz plastik və rekonstruktiv cərrahiyyə üzrə “Diplomate” statusu almışdır. 2022-ci ildə isə Vyanada keçirilən ikimərhələli imtahan sonrası “European Board Certified Otorhinolaryngologist” sertifikatını qazanmışdır. Dos. Dr. Cabbarzadə hazırda ölkəmizdə həm qulaq-burun-boğaz, həm də üz plastik cərrahiyyəsi üzrə Avropada sertifikatlaşdırılmış yeganə cərrahdır.