Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Yara izləri yox edilə bilərmi?

Yara izlərinin tamamilə yox edilməsi mümkün deyil. Əsas məqsəd yara izlərinin kiçiltmək, formasını dəyişdirmək, daha az görünən vəziyyətə gətirməkdir.

Çapığın bərpası nə zaman aparıla bilər?

Yara izinə müdaxilə etmək üçün yaranın növünə görə 6-12 ay yara sağalana qədər gözləmək lazımdır. Əgər varsa infeksiyanın müalicəsi, ödem və gərginliyin keçməsini gözləmək lazımdır. Bəzi hallarda yara izini düzəltmək üçün daha tez müdaxilə edilir.

Hansı üsullarla çapıq toxuması bərpa olunur?

Müxtəlif cərrahi üsullarla müdaxilə edilir. Bəzi cərrahi üsullarda yerli olaraq sadəcə həmin bölgə anesteziya olunaraq icra edilir.

  1. Çapığın çıxarılaraq yenidən tikiş atılması: Geniş və naxoş görünən çapıq, ya da yan-yana bir neçə çapıq (qoldakı özünə zərər vermək üçün kəsilən ülgüc izləri kimi) ellips formasında tək bir parça şəklində dəri çıxarılır və açıq yara qat-qat və ən son dərialtı xalq arasında “estetik tikiş” olaraq bilinən subkutikulyar tikişlə, ya da incə dəri tikişi ilə tikilir. Bəzən geniş izlərdə 2-3 seanslıq müdaxiləyə ehtiyac ola bilər. Yara izi əvvəl nazik xətt şəklində olur. İlk 3 ay qırmızı rəng ala bilər. Zamanla incəlir və solğunlaşır. Hərəkətli bölgələrdə zamanla iz genişlənə bilər. İzin son vəziyyəti xəstənin dəri rəngi, dərinin keyfiyyəti  və yaranın gərginliyi kimi faktorlara görə dəyişə bilər.
  2. W-plastika: Çapığın çıxarılması düz xətt yox girintili-çıxıntılı ziq-zaq bir xətt şəklində olur. Yara kənarlarını uc-uca yaxınlaşdırdıqda  bir-biri ilə davamlı “W”  hərfi şəklində yara izi olur. Bu izlər düz xətt şəklində olmadıqları üçün ətraf sağlam toxuma ilə ahəng içində görünür.
  3. Z-plastika: Çapıq toxuması çıxarıldıqdan sonra sağlam toxuma da kiçik kəsiklər icra edərək aradakı yara toxuması ilə birlikdə ”Z” hərfi şəklində kəsik aparılir. Daha sonra Z hərfinin üst və alt ayaqcıqlarından əmələ gələn fleb-loskut deyilən toxumalar çarpaz olaraq  yer dəyişdirilir və tikiş atılır. “Z” plastikası ilə yaradakı gərginlik azalır düz olan yara ətraf toxuma ilə daha ahəngli olduğuna görə daha az hiss edilir. Z plastikası həm tək-tək, həm də yaranın gərginlik və uzunluğuna görə çoxlu da aparıla bilər. Z plastikası eyni zamanda barmaq, diz arxası, dirsək önü, qoltuq altı kimi bölgələrin gərilməsini və yığılmasını  göstərən dəri yaralarını açıb rahatlandırmaq üçün yanıqdan sonrakı kontrakturaların açılması kimi proseduralarda tez-tez istifadə olunur.
  4. Dəri grefti: Bəzi geniş və qabarıq yara izlərində çapıq toxuması çıxarıldıqdan sonra bədənin başqa yerindən dəri köçürülməsi icra edilir. Açıq yaraları bağlamaq üçün istifadə edilir. Bu metodun mənfi cəhətləri bədənin başqa yerində iz qalması, qoyulan dəri greftinin ətraf toxumadan fərqli dəri tonunda olması və dəri toxumasının yığılma riski ola bilər.
  5. Toxuma genişləndirmə: Ağır yanıqdan sonrakı çapıqlarda, saçlı dəridə qismi keçəllik səbəbi ilə bu bölgənin yanındakı sağlam dəri  toxumasının altına xarici  silikon olan şar yerləşdirilir. 1-2 həftə sağalma müddətindən sonra şar müəyyən fasilələrlə fizioloji məhlul yeridilərək şişirdilir. Beləliklə, keyfiyyətli dəri toxumasının  istənilən genişlikdə olması təmin edilir. Daha sonra 2-ci bir əməliyyatla  bu silikonlar və çapıq dəri toxuması çıxarılaraq, ətrafdakı keyfiyyətli toxuma gətirilərək yara sahəsi bağlanılır. 2-ci əməliyyata göstəriş və şişirmə müddətləri bu metodun mənfi xüsusiyyətləridir. Ancaq  sağlam dəri toxuması keyfiyyətlidirsə nəticə uğurlu olur.
  6.  Flep – Loskut cərrahiyyəsi: Açıq yara, sağalmayan yara, kontraktura kimi vəziyyətlərdə istifadə edilir. Əslində  W  plastikası, Z plastikası və toxuma genişləndirici metodlar da flep cərrahiyyəsidir. Ətraf və ya uzaq toxumalardan alınan fleplər müxtəlif məqsədlərlə istifadə edilə bilər. Əsas məqsəd kosmetik olmasından daha çox funksional olmasıdır.
  7. Dermabraziya: Mexaniki olaraq dərinin üst təbəqəsinin soyulmasıdır. Yerli anesteziya altında aparılır. Altdan canlı, təzə, hamar bir dəri ortaya çıxır. Sağalma müddətində dəridə qızartı ola bilər. Bir neçə seansda aparıla bilər. Rəng fərqliliklərinin qarşısını almaq üçün günəşdən qorumaq lazımdır.
  8. Mikrodermabraziya: Aluminium oksid mikrokristalları püskürdən yüksək təzyiqli bir cihazla aparılır. Kontrollu bir dəri soyulmasını təmin edir. Anesteziyaya ehtiyac olmur və dəridə qızarıqlıq  yaranmır. 1 həftə ara ilə 6-8 seans aparılır.
  9. Lazer ilə çapığın bərpası:  Müxtəlif lazerlər istifadə edilərək aparılır. Bəzi yara növlərində fayda olmaya bilər. Hər lazer hər çapıqda istifadə edilə bilməz.
  10. Kimyəvi soyma: Meyvə turşuları, TCA, fenol kimi məhlullarla dərinin kimyəvi soyulmasıdır.
  11. Dolğu maddələri: Bəzi çökmüş və kiçik yaralar müxtəlif dolğu maddələri istifadə edərək  doldurulduqda, ərtaf toxuma ilə eyni səviyyədə olduqda iz daha az görünür. Bu məqsədlə xəstənin öz yağ toxuması və ya kənardan fərqli dolğu maddələri istifadə edilə bilər.