Yüklənir...
Üz Plastik Cərrahiyyəsi
Qulaq-burun-boğaz xəstəlikləri ixtisası inkişaf etmiş ölkələrdə qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi olaraq adlandırılır.
Bu sahənin əsas alt ixtisasları isə aşağıdakı kimidir:
Üz plastik cərrahiyyəsinə üz, baş və boyun bölgəsindəki hər növ plastik, estetik və rekonstruktiv müdaxilələr aiddir. Səhiyyənin ən çox inkişaf etdiyi ölkə olan Amerika Birləşmiş Ştatlarında qulaq-burun-boğaz şöbələrində icra olunan müdaxilələrin təqribən 20%-ni üz plastik cərrahiyyəsi müdaxilələri təşkil edir. Uzmanlıq təhsilinin sonunda aparılan imtahanlardakı sualların da məhz 20%-i bu mövzu ilə əlaqəli olur. Avropa başda olmaqla, digər dünya ölkələrindəki vəziyyət Amerika Birləşmiş Ştatlarındakı gedişata görə formalaşır. 1964-cü ildə Amerika Üz Plastik və Rekonstruktiv Cərrahiyyəsi Akademiyası (AAFPRS), 1977-ci ildə Avropa Üz Plastik Cərrahiyyəsi Akademiyası (EAFPS), 2005-ci ildə isə Türkiyə Üz Plastik Cərrahiyyəsi Cəmiyyəti (YPCD) qurulmuşdur. Hər üç qurumun qurucuları və əsas üzvləri qulaq-burun-boğaz cərrahları olsa da, hazırda üzvlər arasında digər ixtisaslara aid həkimlər də vardır. Bu akademiyaların hər il keçirilən beynəlxalq konfarnslarında həm qulaq-burun-boğaz cərrahları, həm də digər ixtisaslara aid həkimlər iştirak edərək bilik və təcrübələrini paylaşırlar.