Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Otoplastika – estetik qulaq əməliyyatları arasında ən çox icra olunan əməliyyat olub, şəlpəqulaqlıq vəziyyətini düzəltmək məqsədilə aparılır.

Qulaq seyvanının normadan daha çox önə doğru qabarmış olmasına “şəlpəqulaqlıq” deyilir. Bu əməliyyat üçün qulaq seyvanındakı Y şəklində qabarıqlığın az olması, ya da qığırdaq hissənin normadan geniş olması əsas səbəbdir. Qulaq seyvanının inkişafının böyük hissəsi ( 90%) 5-6 yaşa qədər tamamlanır. Ona görə də bu əməliyyatlar məktəbə qədər icra edilməlidir. Əməliyyatın bu yaşlarda aparılmasının əsas məqsədi uşağın psixologiyasına olan mənfi təsirin qarşısını almaqdır.

Bu əməliyyat kiçik uşaqlarda ümumi anesteziya altında, böyüklərdə isə yerli olaraq aparılır. Bu əməliyyatı 5-6 yaşdan sonra hər yaşda icra etmək olar. Xəstə yerli anesteziyadan sonra həmin gün, ümumi anesteziyadan sonra isə ertəsi gün evə yazılır.

Əməliyyat 1-2 saat davam edir. Müxtəlif texnikalar mövcuddur. Əməliyyat izlərinin görünməməsi üçün kəsik qulaq arxasından aparılır. Qulaqdakı problemlərə görə fərqli müdaxilələr icra olunur.

Ən çox istifadə edilən texnikada qulaq dərisi arxa hissədən açılır, qulaq qığırdaqları sərbəstləşdirilir, ehtiyac olsa bəzi yerləri incəldilir və qığırdaqlar uyğun şəkildə qatlanaraq qalıcı tikişlərlə təsbit edilir.

Tikişlər 8-12 gün arasında alınır. Əməliyyatdan sonra 1 gün qapalı sarğı olur, daha sonra sarğı açılaraq xəstəyə uyğun bandaj istifadə edilir (tennis bandajı kimi). Bu bandaj 4 həftəyə qədər qalır.