Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Göz qapaqlarında müəyyən illər ərzində yaranan qırışıqlıq, torbalanma, sallanma və şişlik kimi dəyişikliklər nəticəsində insanlar yorğun və olduğundan daha yaşlı görünürlər.

Göz qapaqları xaricdən daxilə doğru dəri, əzələ və yağ təbəqəsindən təşkil olunmuşdur. Genetik faktorlar, yaş və günəş işığı kimi ətraf mühit faktorları nəticəsində göz qapağı dərisi elastikliyini itirir və boşalır. Dəri altındakı əzələ də boşalır və yerin cazibə qüvvəsinin təsiri ilə sallanmağa başlayır.

Göz qapaqlarına dolğun görünüş verən yağ yastıqcıqları isə önə doğru çıxır. Göz qapaqlarında torbalanma yaranır. Qaşlar da düşərsə üst göz qapağındakı dəri artıqlığı daha da qabarıqlaşır. Yaş artıqca üst göz qapağındakı artıqlıq görməni çətinləşdirir.

Blefaroplastika əməliyyatında dəridəki artıqlıq aradan qaldırılır, əzələ təbəqəsində artıqlıq varsa götürülür və yağ torbaları çıxarılır və ya yeri dəyişdirilir. Xəstələrin üzü daha canlı və gənc görünüş əldə edir. Ancaq, qazayağı deyilən göz ətrafındakı qırışları, göz qapağındakı incə qırışları, göz ətrafı tünd həlqələri və ya sallanmış qaşı bu əməliyyat müalicə etmir. Bunları aradan qaldırmaq üçün əlavə prosedurlara və texnikalara ehtiyac vardır.

Əməliyyat yaşı

Əsasən, 30 yaş və daha yuxarı olmaq şərti ilə, göz qapağındakı deformasiyaya bağlı əməliyyatlar hər yaşda aparıla bilər.

Əməliyyatdan öncə nələrə diqqət edilməli?

Əməliyyat zamanı və sonra qanaxmanın qarşısını almaq üçün ən az 10 gün əvvəl aspirin, E vitamini, bəzi ağrıkəsicilər, bitki preparatlarının istifadəsi dayandırılmalıdır. Təzyiqi yüksək olanlar dərmanlarla kontrol altına alınmalıdırlar.

Əməliyyat

Göz qapaqlarına edilən yerli anesteziya ilə aparıldığı kimi, ümumi anesteziya ilə də aparıla bilər. Həm üst, həm də alt və ya 4 göz qapağı da eyni vaxtda əməliyyat edilə bilər.

Üst göz qapağından çıxarılacaq dəri əməliyyatdan əvvəl xəstə ayaq üstə olduqda işarələnir. Kəsik xəstənin təbii qıvrımına uyğun gələcək şəkildə planlanır. Alt göz qapağında isə kəsik kipriklərin 1-2 mm aşağısından aparılır və dərinin təbii qıvrımına salınır. Göz qapağı dərisi elastik olan xəstələrdə isə dəri çıxarılmadan, göz qapağı içərisindən kəsik apararaq sadəcə yağ torbaları çıxarılır.

Əməliyyatın texnikası standart deyil, mövcud problemə və cərrahın istəyinə görə fərqli texnikalardan istifadə olunur. Kəsiklər tikişlərlə bağlanılır. Alt göz qapağı cərrahiyyəsi daha çox cərrahi təcrübə və bacarıq tələb edir. Alt göz qapağı əməliyyatı düzgün icra edilməzsə, göz qapağı aşağı və bayıra doğru çevrilə bilər (ektropiya).

Əməliyyatdan sonra nələrə diqqət edilməli?

  • Göz qapaqlarında ödem və göyərmə ola bilər. Soyuq qoymaq və başı yüksəkdə yatmaq tövsiyə olunur.
  • Ağrı çox da ciddi olmamalıdır, əgər varsa qanaxmanın göstəricisi ola bilər. Bununla bağlı dərhal həkimə məlumat verilməlidir.
  • Gözlərdə yaşarma, quruluq və yanma hissi ola bilər, göz qapaqları azca açıq qala bilər. Ödem azaldıqca bunun aradan qalxması gözlənilir.
  • Tikişlər 5-7 gün ərzində alınır.
  • Bir həftə sonra xəstə normal həyat tərzinə dönür. Ödemin tam çəkilməsi 3-4 həftə alır.
  • Bir həftə sonra kontakt linza istifadə edilə bilər.
  • Əməliyyat izləri ilk həftədə makyajla gizlədilə bilər.

Əməliyyatdan sonra olabiləcək ağırlaşmalardan biri hematoma-qan yığılmasıdır. Qanaxmanı azaltmaq üçün;

  • Əməliyyatdan sonra başı yüksəkdə yatmaq
  • Gözün üstünə soyuq vasitələr qoymaq
  • Qan təzyiqi nəzarətdə saxlamaq
  • Şiddətli öskürməmək və asqırmamaq
  • Gücənməmək
  • Ağır qaldırmamaq
  • 2 həftə müddətində ağır idman hərəkətlərindən uzaq olmaq
  • Qan durulaşdırıcı dərmanlar istifadə etməmək.