Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Dolğu ineksiyası, dərini gözəlləşdirmək üçün ən çox istifadə edilən tibbi müdaxilələrdən biridir. Hər bölgə üçün fərqli müdaxilələr təklif edilir. Əsasən hialuron turşusu tərkibli maddələrdən istifadə edilir. Qırışlar, dəridəki yaşlanmalar, üz konturlarında pozulmalar dolğu ilə aradan qalxır və üz daha canlı görünür. Dəri altına verilən dolğu maddəsi, dərinin alt qatlarına dəstək verərək, qırışın və ya çökmələrin içini dolduraraq görünməməsini təmin edir. Ətrafdakılar bu şəxslərin hər hansı müdaxilə etdirdiklərini hiss etmirlər, sadəcə daha cavan göründüklərini deyirlər.

Üz dolğusu ilə incə qırışların, çuxurların yüngül və orta dərəcəli burun-ağız kənarı cizgilər doldurula bilər və üzün hər bölgəsində ciddi olmayan qırışlarda istifadə edilə bilər. Burun bölgəsinə də asimmetriyanı düzəltmək üçün istifadə edilə bilər. Daha çox istifadə edilən yerlərdən biri də dodaqdır.

Yaşla əlaqəli olaraq, xüsusilə yanaq bölgəsində həcm itkisi olur və bu vəziyyət yorğun bir görünüşə səbəb olur. Dolğu ilə almacıq sümüyünü üzün tələb etdiyi qədər doldurmaq olur. Almacıq sümüyünün həcmini artıracaq müdaxilə aparılarkən diqqətli olmaq lazımdır.

Bu prosedura sadədir və heç bir zəhmət tələb etmir. Bunun üçün ilk növbədə həkim üzünüzü incələyərək doldurulması lazım olan bölgələri müəyyən etməlidir. Daha sonra bu bölgələr anestetik krem və ya sprey vasitəsilə keyləşdirilir. İncə iynələrlə dolğu maddəsi dəri altına yeridilir. Bundan sonra bir neçə gün yüngül şişkinlik olsa da, bu qısa müddətdə keçir. Prosedura təkrarlandıqca effektliyi artır və beləcə seans araları da uzanır.

Üz dolğu prosedurası hansı bölgələrə vurulur?

  • Üst yanaq
  • Alın bölgəsi
  • Burun
  • Çənə
  • Alt çənə cizgiləri
  • Yara izləri
  • Dodaq kənarı cizgiləri
  • Qaşlar (həcm vermək üçün)