Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Botoks əslində bir markadır, təsiredici maddə botulinum toksinidir. Bu toksin Clostridium botulinium adlı bakteriyadan alınır. Botulotoksin sinir uclarından ifraz edilən mediatoru blokada edərək, sinir ötürücülüyünü pozur. Bu ötürücülüyün pozulması, sinirin aktivləşdirdiyi əzələnin hərəkətini ya azaldır ya da tamam itməsinə səbəb olur. Botulinium toksini botoks və ya dysport markaları altında istifadə edilir. Amerika dərman araşdırma dairəsi FDA-nın da dəstəklədiyi bu preparatlar bütün dünyada geniş istifadə edilir.

Gülmə, əsəbləşmə, həyəcanlanma, gozləri qıyma kimi hərəkətlərdən sonra üz dərisində dinamik xətlər əmələ gəlir. İllər boyu bu mimik hərəkətlərin təkrarlanması nəticəsində dəridə olan xətlər qalıcı vəziyyətə gəlir və bu bölgələrdə qalıcı qırışlar ortaya çıxır. Qırışlar ən çox alın, qaş arası, gözün kənarları və ağız çevrəsindəki gülmə xətlərində görünür.

Mimikadan istifadə adəti, günəşə məruz qalma müddəti, üzün dəri və əzələ quruluşu, yaş və cinsə görə qırışlar müxtəlif dərəcədə ola bilər. Göz ətrafındakı və alındakı qırışlar üzə yaşlı, qaşlar arasındakı xətlər isə əsəbi bir görkəm verir. Üz mimiki əzələlərinə botoks vuraraq, bu əzələlərin hərəkəti azaldılır və qırışların azalmasına nail olunur. Nəticədə yaşlı və əsəbi görünən üzün ifadəsində düzəlmə, həm də yeni qırışların yaranmasının qarşısı alınır.

Botoksun qaşları qaldırma təsiri də vacibdir. Botoks ilə qaşın bayır uc hissəsini 1-2 mm qalxması ilə estetik olaraq daha gözəl görünüşlü qaşlara sahib olmaq mümkündür.

Botoks hansı məqsədlərlə istifadə edilir?

  • Qaş qaldırma
  • Mimiki hərəkətlərlə yaranan üzdəki xətləri azaltmaq və ya tamam yox etmək
  • Alın, qoltuqaltı, əl və ayaqdakı tərləməni azaltmaq
  • Migren ağrılarını müalicə etmək üçün.

Botoks ilə qırışları azaldaraq və ya yox edərək dəriyə gənc və hamar görünüş qazandırmaq olur. Ancaq, çox dərinləşmiş və qatlantı izinə dönmüş üz qırışlarını tək botoks ilə düzəltməyə çalışaraq istənilən nəticəni almaq olmur. Bunun üçün dolğu maddələrindən istifadə edilir.

Botoks ilə qırışları azaldaraq və ya yox edərək dəriyə gənc və hamar görünüş qazandırmaq olur. Ancaq, çox dərinləşmiş və qatlantı izinə dönmüş üz qırışlarını tək botoks ilə düzəltməyə çalışaraq istənilən nəticəni almaq olmur. Bunun üçün dolğu maddələrindən istifadə edilir.

Botoks mikroineksiya şəklində istifadə edilir. Xəstəyə bu çox da narahatçılıq vermir. İnyeksiyadan əvvəl yerli anestetik krem və ineksiya zamanı buz istifadəsi xəstənin komfortunu artırır. İnyeksiyadan sonra xəstə gündəlik həyatına davam edir. Bəzən yüngül ödem vəya nöqtəvi göyərmə ola bilər.

Botoksun təsiri ineksiyadan 3 gün sonra başlayar, 7 ci günündə maksimuma çatar və təsir 3-4 ay maksimum davam edir. 6 ay sonra isə itir. Botoksun təsiri keçdikdən sonra təkrarlana bilər. Bir neçə dəfə ardıcıl istifadədən sonra təsiri qalıcı olur.

Botoksdan sonra üz yuyula və makyaj edilə bilər. İneksiyadan sonra 4 saat ara ilə dik durmalı uzanıqlı vəziyyətdə yatmaq və həmin bölgəyə o gün masaj etmək və çox isti su ilə duş almaq məsləhət görülmür.

Botoksu, qırışmış və aşağı düşmüş bütün bölgələrin müalicəsi üçün istifadə etmək olar:

  • Qaş
  • Alın əzələləri və ətrafı
  • Burun kənarları
  • Burun ucu
  • Dodaq çevrəsi
  • Qoltuqaltı
  • Boyun
  • Əllər
  • Mimiki əzələlərin olduğu bütün bölgələr.

İnyeksiyadan sonra: Günəşqoruyucu krem çəkməli və dərini 1 gün boyunca zərbədən qorumaq, ovuşdurmamaq lazımdır. 2 gün ərzində başı aşağı iş görmək, isti su ilə duş qəbul etmək, üzü üstə yatmaq məsləhət görülmür.

İneksiya ağrılıdırmı?

Bu prosedura yüngül iynə batması ağrısı və dərmanı dəri altına yeritdikdə yanma hissi verə bilər. Buna görə də xəstəyə yerli anestetik krem ya da spreylər istifadə edilir.

Botoksun zərəri varmi?

Botoks 15 ildir estetik məqsədlə istifadə edilir. Əzələ xəstəliklərində istifadəsinin isə daha uzun tarixi vardır. Amerika dərman araşdırma dairəsi FDA-nın dəstəklədiyi botoks bütün dünyada geniş istifadə edilir.