Estetik burun əməliyyatından sonra nələrə diqqət etməli?

  • Əməliyyatdan sonra erkən dövrdə ani olaraq ayağa qalxsanız ürəkbulanması ola bilər. Tədricən qalxmağınız məqsədəuyğundur. Bu vəziyyət bir neçə saat ərzində ötüb geçəcəkdir. Erkən dövrdə ağır qidalar yerinə maye qəbulu və yüngül qidalar məsləhət görülür. İlk 3-4 həftə ərzində çox isti qidalar və mayelər qəbul etməməyiniz məsləhətdir.
  • Burununuzdan zəif sızıntı şəklində qansızma gözlənilən haldır. Bu axıntı açıq-qırmızı rəngdə müşahidə edilməkdədir. Əgər axıntını al qırmızı rəngdə və daha intensiv olaraq müşahidə etsəniz həmin tərəfə damar daraldıcı damcılar (naftizin, otrivin) damcıladın, burun ətrafına soyuq kompres edin və həkiminizə (və ya asistentə) telefonla xəbər verin.
  • Əməliyyat sonrası, bir çox faktordan asılı olaraq bu və ya digər dərəcədə göz ətrafı şişlik və rəng dəyişikliyi ola bilər. Əməliyyat sonrası 2-ci və 3-cü günlərdə şişlik və rəng dəyişikliyinin dərəcəsi bir qədər də artacaqdır, bu normal haldır. Qeyd olunan göz ətrafı şişlik və göyərmələr 7-10 gün ərzində ötüb keçəcəkdir.
  • Yatarkən və istirahət edərkən başınızın altına ən azı 2 yastıq yerləştirməyiniz və gün ərzində başınızı dik tutmağa səy göstərməyiniz məqsədəuyğundur. Bunun sayəsində normal qan dövranı qorunaraq şişliklər daha tez sovrulacaqdır.
  • Burnunuzun yatarkən yastığa təmas etməməsinə səy göstərin. Bunun üçün xüsusi yastıqlardan və ya səyahət yastığından istifadə edə bilərsiniz. Bunları təmin edə bilməsəniz, hər iki yan tərəfinizə yastıq yerləşdirərək yuxu əsnasında sağa və sola dönməyinizin qarşısını ala bilərsiniz.
  • İlk 2 həftədə daha çox çeynənilməyə ehtiyac duyulan qidalar qəbul etməməyiniz, uzun müddətli telefon danışıqları etməməyiniz, şiddətli gülmə və dərin mimiki hərəkətlərdən uzaq qalmağınız məqsədəuyğundur.
  • Erkən günlərdə və həftələrdə burnunuzda şişliklər olacaq. Hər gün keçdikcə burnunuzun xarici görünüşündə müsbət dəyişikliklər görəcəksiniz. Buna baxmayaraq burnunuz son-arzuedilən formasını aylar sonra alacaqdır.
  • Asqırmaq burnunuza zərər verməməkdədir. Amma çox nadir olaraq qanaxma səbəbi ola bilər. Bunu əngəlləmək üçün asqırmaq hissi gələn zaman başınızı bir qədər önə əyərək, dilinizlə damağınıza basa bilərsiniz. Bunun sayəsində asqırmaq hissi böyük ehtimalla keçəcəkdir. Buna baxmayaraq keçməsə, hava ağzınızdan xaric olacaq şəkildə asqıra bilərsiniz. Əgər asqırma sayısı çox intensiv olarsa asqırmanı azaltmaq üçün istifadə olunan dərmanlar (antihistamin) cəhətdən həkiminizə müraciət edə bilərsiniz.
  • Sadəcə həkiminiz tərəfindən məsləhət görülən dərmanları istifadə edin.
  • Əməliyyat sonrası burnunuzun üzərində splint və ya flastr parçalardan ibarət bandaj olacaqdır. Bu materiallara toxunmamağınız və quru bir şəkildə qorumağınız məqsədəuyğundur.
  • Erkən dövrdə başdan keçirilən paltarların yerinə, öndən və ya arxadan açılıb-bağlanan paltarlar
  • Daxili şişliklərə və qabıqlara bağlı olaraq əməliyyatdan sonra bir neçə həftə qoxu almanız əvvəlki kimi olmayacaq. Bu hal tədricən düzələcəkdir.
  • Xüsusən, erkən dövrdə təzyiq ilə nəfəs verməkdən istifadə edərək burunu təmizləməyə çalışmaq məsləhət görülmür. Bu hal qanaxmalara səbəb ola bilər.
  • Dişlərinizi yumşaq bir fırça ilə fırçlaya bilərsiniz.
  • Əməliyyatdan sonra 3-4 həftə ərzində gücənmək, ağır şeylər qaldırmaq (xüsusən kiçik uşaqlarınızı) və idmanla məşğul olmaq məsləhət görülmür.
  • Əməliyyatın səhəri günündən etibarən duş qəbul edə bilərsiniz. Duş suyunun temperaturunun isti əvəzinə ilıq olması məsləhətdir. Erkən həftələrdə duş suyunun temperaturu isti olarsa qanaxmaya səbəb ola bilər. Burun üzərindəki splint və ya flastr bandajın islanması istənilməməkdədir. Bu məqsədlə saçınızı qadın salonlarında olduğu kimi arxaya tutaraq yuya bilərsiniz.
  • Burun daxili silikonlar çəkildikdən bir müddət sonra burun tıxanıqlığı ola bilər. Bu, əməliyat sonrası burundaxili şişmələrə və qabıqlara bağlıdır. Bu hal hər vaxt keçdikcə azalacaqdır. Bu məqsədlə burun daxilinə qulluq üçün sprey və yağlı damcılardan istifadə etməyiniz çox vacibdir.
  • Əməliyyat sonrası bəzi xəstələrdə (xüsusən əyri buruna və ya qalın dəriyə malik xəstələrdə) masaja ehtiyac ola bilər. Əgər ehtiyac olarsa burnunuzu necə masaj edəcəyinizlə bağlı həkiminiz sizə məlumat verəcəkdir.
  • Günəş şüalarına uzunmüddətli olaraq məruz qalmaq, sauna, solarium erkən həftələrdə məsləhət görülmür. İstilik qanaxmalara və şişmələrə səbəb ola bilər. Yay fəslində günəş şualarından qorunmaq üçün şlyapa istifadə etməyinizdə və burnunuzun üzərinə günəşdən qoruyucu kremlər çəkməyinizdə fayda var.