Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Endoskopik sinus cərrahiyyəsi, 1990-cı illərdən sonra endoskopun istifadəsi ilə bütün dünyada yayılmış cərrahiyyədir. Burun endoskopları, xaricdən heç bir kəsik aparılmadan burun daxilindəki bölgələri işıqlandıran optik alətlərdir. Endoskoplara kamera qoşaraq, başqalarının da ekrandan izləməsi, video olaraq qeydə alınması və sonradan təkrar izlənməsi mümkündür.

Bəzi mərkəzlərdə hələ də istifadə olunan açıq cərrahi metodlarla aparılan sinusit əməliyyatlarında normal toxumalar daha çox zərər görməkdə, qanaxma riski daha yüksək müşahidə edilməkdə və əldə edilən nəticə daha aşağı olmaqdadır. Xroniki sinusitlərin müalicəsində endoskopik sinus cərrahiyyəsi ilə daha yüksək nəticələr əldə edilir.

Sinusların normal fəaliyyəti üçün bu boşluqlara hava girməli və sinuslarda ifraz olunan selik buruna boşalmalıdır. Sinusla burun boşluğu arasında bunun üçün incə kanallar vardır. Sinusit bu kanalların tıxanması nəticəsində əmələ gəlir. Xronik sinusitdə istifadə olunan endoskopik sinus cərrahiyyəsinin əsas məqsədi daralmış və tıxanmış olan bu kanalları genişləndirməkdir.

Əməliyyatdan sonra xəstələr həmin gün evə gedirlər və 48 saat sonra normal həyat tərzinə qayıdırlar. Xaricdən görünən heç bir kəsik izi, üzdə şişmə, göyərmə müşahidə edilmir. Əməliyyatdan sonra ağrı ya heç olmur ya da yüngül ağrıkəsicilərə cavab verəcək şiddətdə olur.

Endoskopik sinus cərrahiyyəsi risklidirmi?

Hər əməliyyatda olduğu kimi endoskopik sinus cərrahiyyəsində də bəzi risklər vardır. Sinusların ətrafında göz, göz yaşı kanalı, görmə siniri, beyin, beynə gedən damarlar kimi vacib strukturlar vardır. Bu əməliyyatda təbii olaraq bu nahiyyələrin zədələnmə ehtimalı var. Ona görə də bu əməliyyatı icra edəcək həkimlərin profesionallığı vacibdir.

Xroniki sinusit endoskopik sinus cərrahiyyəsindən sonra təkrarlana bilərmi?

Bəli, təkrarlana bilər. Sinusit əməliyyatında xəstə orqan çıxarılmır, normal funksiyaları bərpa olunur. Düzgün icra olunmuş əməliyyatdan sonra sinusit olma ehtimalı azalır.

Endoskopik sinus cərrahiyyəsindən sonrakı dövrdə diqqət edilməli olan məqamlar:

  • Həkiminizin tövsiyə etdiyi dərmanları istifadə edin.
  • Burnunuzu məişət suyu ilə yumağınız məqsədə uyğun deyil.
  • Burnunuzu təmizləmək üçün olan sprey və damcıları həkimin məsləhətinə uyğun istifadə edin.
  • Əməliyyatdan sonra 24-48 saat ərzində burun tıxanıqlığı ola bilər. Burun daxili tampon yerləşdirilibsə həkimin müəyyən etdiyi vaxtda çıxarılacaqdır. Bu vaxt 24-72 saat arasında ola bilər.
  • Burundaxili sağalma əməliyyatın növünə görə 2-6 həftə arasında tamamlanır.