Yüklənir...
Burun
Hipofiz vəzi, başın mərkəzində, beyinin alt hissəsində olan bir hormonal vəzidir. Hipofizdən ifraz olunan hormonlar və onların funksiyaları aşağıdakılardır:
Beyin şişlərinin 15%-ni hipofiz şişləri təşkil edir. Əksəriyyəti xoşxassəlidir. Hipofiz şişlərinin 75%-i normadan çox hormon ifraz edir. Nəticədə aşağıdakı patologiyar ortaya çıxa bilər:
Şiş böyüdükcə vəzinin hormon ifraz etmə funksiyası pozulur və hormonal çatışmazlıq (hipopituitarizm) yaranır. Böyük şişlərin görmə sinirinə təsiri nəticəsində görmə pozğunluqları yarana bilər.
Əlamətləri:
Diaqnoz:
MRT ilə diaqnoz dəqiqləşdirilir. Qanda hormonların səviyyələri ölçülür (kortizol, FSH, LH, İGF-1, prolaktin, testosteron, estradiol, TSH, T4) və görmə ilə əlaqəli analizlər aparılır. Endokrinoloq və oftalmoloq baxışı həyata keçirilir.
Əməliyyat texnikası:
İlk dəfə 1992-ci ildə aparılan endoskopik texnika son illərdə xüsusilə cərrahi naviqasiya sistemlərinin inkişafı nəticəsində daha çox istifadə edilir. Bu gün Amerikada ildə 5000-dən çox endoskopik hipofiz əməliyyatı icra edilməkdədir.
Bu əməliyyat beyin cərrahı və qulaq burun bogaz (Qulaq, Burun, Boğaz) cərrahı tərəfindən icra edilir. Əməliyyat zamanı burun keçəcəklərindən sfenoid sinusa və sinusun arxa divarında sella nahiyəsinə qədər olan yolun açılmasını qulaq burun boğaz cərrahı, bundan sonra hipofiz vəziyə daxil olaraq törəmənin çıxarılmasını beyin cərrahı icra edir. Əməliyyatın müxtəlif mərhələlərində burun keçəcəklərindən birindən bir cərrah, o birindən isə digər cərrah daxil olaraq binostril yanaşma ilə müdaxilələr icra olunur.
Əməliyyatdan sonra tampona ehtiyyac olmur, yarana bilən defekt əməliyyat zamanı əldə edilən sümük və yumşaq toxumalarla bərpa edilə bilər. Beyin onurğa beyni mayesi (BOM) gəldikdə həmin nahiyə xüsusi texnikalarla bərpa edilir. Belə xəstələrdə BOM təzyiqini azaltmaq üçün dərman müalicəsi və təzyiqi azaltmaq məqsədilə beldən kateter (lumbar drenaj) yerləşdirilə bilər.
Endoskopik üsulun üstünlükləri:
Endoskopik üsulun klassik üsula görə üstünlüyü dodaq nahiyyəsində hissizliyin olmaması, burun qanaxması, burun tıxanıqlığı kimi şikayətlərin daha az olması, tampon istifadə edilməməsi və daha az invaziv olduğuna görə xəstəxanada qalma müddətinin daha az olmasıdır. Eyni zamanda sellanın mikroskopla görünməsi mümkün olmayan hissələrinin bucaqlı endoskoplarla görülərək şişin tam olaraq təmizlənməsi, sfenoid sinusun yan tərəfindəki şah damar, gormə sinirinin endoskoplarla təqib edilərək qorunması mümkün olur. Əməliyyatdan sonra xəstəxanada yatış müddəti daha az olur.