Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Üz sümüklərinin içərisində və burunun daxili quruluşunu təşkil edən sümüklərdəki hava boşluqlarına sinus deyilir. Sinuslar burunun hər iki tərəfində yerləşirlər və 4 fərqli adda olurlar. Burunun yan tərəfində yerləşən və sinusların ən böyüyü maksillar sinus və ya Haymor boşluğudur. Burunun üst tərəfində alın sümüyü içində yerləşən sinusa frontal sinus, burunun arxa və üst tərəfində yerləşən sinusa isə sfenoid deyilir. Burunun üst bayır tərəfində yerləşən kiçik boşluqlardan ibarət sinuslara etmoid sinuslar deyilir.

Sinuslar ostium deyilən axacaqlarla buruna açılır. Sinusların havanı isitmək, nəmləndirmək və səsin tonunu formalaşdırmaq kimi funksiyaları vardır. Uzun müddət davam edən və düzgün müalicə edilməyən hallarda, allergiyaya bağlı burun selikli qişası və burun ətlərinin şişməsinə bağlı olaraq burun ilə sinuslar arasında axın pozulur və bu boşluqlarda mikroblar artmağa başlayır və nəticədə sinuslar iltihablanır. Buna sinusit deyilir.

Əlamətləri:

Bir aydan qısa müddətdə davam edən sinusitə kəskin, daha uzunmüddət davam edən sinusitlərə isə xroniki sinusit deyilir. Əlamətlər:

  • Burun tıxanıqlığı
  • Sarı-yaşıl və ya qanlı burun axıntısı
  • Göz ətrafında və yanaqda ağrı
  • Başda təzyiq hissi
  • Başı önə əydikdə artan ağrı
  • Xoşagəlməz ağız qoxusu.

Diaqnoz

Şikayət və müayinəyə əsasən, sinusit diaqnozu qoyulsa da radioloji araşdırmalarla diaqnoz dəqiqləşdirilir. Xüsusilə, müalicəyə cavab verməyən və əməliyyat düşünülən xəstələrdə KT çəkilməlidir.

Müalicəsi

Əlamətlər 10 gündən artıq davam etdikdə həkimə müraciət edin. Sinusit müalicəsi mümkün olmayan bir xəstəlik deyil. Xüsusilə, xroniki sinusitdə əsas səbəb araşdırılmalıdır. Kəskin sinusitlərdə isə ehtiyac olarsa 3 həftəyə qədər antibiotik, burun damcıları, allergiyanın qarşısını alan dərmanlar verilir. Əgər, tənəffüsü çətinləşdirən burun əti böyüməsi, burun sümüyü və ya qığırdağında əyrilik varsa bunun müalicə edilməsi xroniki sinusitə çevrilmə ehtimalını azaldacaqdır.

Müalicəyə cavab verməyən xroniki sinusit hallarında və ya burun polipi olduqda cərrahi müalicə aparılır. Bu əməliyyata funksional endoskopik sinus cərrahiyyəsi deyilir. Burun içinə yeridilən kamera ilə, endoskopik cihazlarla aparılan bu texnika ilə sinusun havalanmasına mane olan səbəblər aradan qaldırılır. Əsas məqsəd sinusların ağzını açmaq, sinusun içərisini təmizləməkdir. Əməliyyat əsasən, burun daxilindən icra olunur. Bəzən maksillar sinusa daxil olmaq üçün dodaq altından da aparıla bilər. Bu üsulla burun içindəki ət, sümük əyriliyi kimi digər xəstəliklər də müalicə edilə bilər.

>