Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Farengit nədir?

Farengit udlağın iltihabıdır. İnsanların əksəriyyətində rast gəlinir. Farinks, burun və ağız boşluğunun arxa hissəsidir. Burunun arxasındakı hissəsi nazofarinks, ağız boşluğunun arxasındakı hissəsi orofarinks adlanır. Daha aşağı hissəsi isə hipofarinks adlanır. Farengit dedikdə orofarinksin iltihabı başa düşülür.

Farengitin hansı növləri var?

Müddətinə görə iki növü var. Əgər yeni yaranmış və şiddədli şikayətlər verirsə kəskin, uzun müddət davam edirsə və xəstədə çox şiddətli şikayətlər vermirsə xroniki farengit adlanır.

Farengitin səbəbləri nələrdir?

Kəskin farengit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslardır. Xronik farengitin yaranmasında isə əsasən qıcıqlandırıcı faktorlar rol oynayır. Siqaret istifadəsi, alkoqol qəbulu, allergiya, postnazal axıntı, quru və kirli hava mühiti, burun tıxanıqlığına səbəb olan faktorlar, reflüks, çox isti və soyuq qidalar, boğaz təmizləmə refleksinin tez-tez təkrarlanması, diş və badamcıq iltihabı bu faktorlardandır.

Farengitin əlamətləri

Kəskin farengitdə xəstənin şikayətləri qabarıqdır. Boğazda ağrı, udqunma çətinliyi, boğazda quruluq, yanma, qaşınma hissi, temperatur, öskürək kimi şikayətlər olur. Boyunda limfa düyünlərinin böyüməsi, burun tıxanıqlığı, burun axıntısı, baş ağrısı, halsızlıq, kimi şikayətlər də müşahidə oluna bilər. Xroniki farengitdə, temperatur, halsızlıq, süstlük kimi şikayələrə rast gəlinmir. Boğazla bağlı şikayətlər yüngüldür, ancaq uzun müddət davam edir. Boğazda quruluq, yanma, qıcıqlanma, yad cisim qalma hissi, udqunma pozğunluğu kimi şikayətlər ola bilər. Qıcıqlandırıcı öskürək olur. Xəstələr boğazını təmizləyərək rahatlaşacaqlarını düşünürlər, tez-tez təmizləmə aktı edirlər. Bu isə boğazı daha da qıcıqlandırar.

Diaqnoz necə qoyulur?

Həm kəskin, həm də xroniki farengitin diaqnozu xəstənin anamnezinə və müayinəyə əsasən qoyulur.

Farengitin müalicəsi

Kəskin farengitdə virus mənşəli olduğu düşünülərsə antibiotik verilmir, ancaq prosesə bakteriyaların da qoşulduğu düşünüldükdə antibiotiklər istifadə olunur. Əlavə olaraq ağrıkəsicilər, allergiyası olan xəstələrdə antihistaminlər, burun açıcı spreylər, öskürək əleyhinə preparatlar və boğaz üçün qarqaralar istifadə oluna bilər.

Xroniki farengitin müalicəsi daha mürəkkəbdir. Müalicə ilə yanaşı xəstənin müəyyən pəhrizə də diqqət etməsi vacibdir. Ancaq yenə də xronik farengit nadir hallarda tam olaraq sağalır. Öncəliklə yaradan səbəb aşkar olunmalı və müvafiq müalicə aparılmalıdır. Antibiotiklər əksər hallarda faydasızdır. Postnazal axıntını azaldan sprey və qarqaralar istifadə edilir. Reflüks əlehinə dərmanlar təyin edilir.

Nələrə diqqət edilməlidir?

  • Siqaret və alkoqol istifadəsini azaltmaq və ya kəsmək
  • Tozlu mühitlərdə qalmamağa çalışmaq
  • Çox soyuq və isti qidalar qəbul etməmək
  • Allergiyaya səbəb olan faktorlardan uzaq qalmaq
  • Tez-tez və şiddətli boğaz təmizləmələrini azaltmaq