Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Allergiya immun sisteminin yaratdığı bir reaksiyadır. İmmun sistemi orqanizmə daxil olan bütün yad cisimlərə qarşı cavab verir. Normal şərtlər daxilində bu qoruyucu reaksiyadır. Bununla yanaşı, bəzi insanlar bir sıra maddələrə qarşı fərqli immun cavab yaradır və bu maddələrlə təkrar qarşılaşdıqda daha yüksək reaksiyalar verir. Bu maddələr allergenlər, bu tip insanlar isə “allergic” olaraq adlandırılır. Allergiya genetik olaraq keçir və əgər hər iki valideyn allergikdirsə uşaqlarında allergiyaya rastgəlinmə tezliyi 50%-ə bərabərdir.

Allergenlər orqanizmdə anticisim əmələ gəlməsinə təkan verirlər. Bu anticisimlər allergenlərlə birləşib bəzi kimyəvi maddələrin ifraz olunmasına səbəb olur . Bunlardan histamine ən yaxşı tanınandır. Bu maddə burun balıqqulaqlarının şişməsinə, qaşınma, bol selik ifrazına və qıcıqlanmaya səbəb olur.

Allergik Rinitin rast gəlinmə tezliyi necədir?

Ən çox rast gəlinən allergic xəstəlikdir. Rast gəlinmə tezliyi 20%-dir. Hər il bir çox insan allergic rinitlə qarşılaşır. Bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir.

Allergik rinit əlamətləri:

Burun axıntısı, asqırma, burunda qaşınma, burun tıxanıqlığı, qoxunun zəifləməsi, gözlərdə yaşarma və yorğunluq. Qavrama çətinliyi, yuxu pozğunluğu normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinə bilər, ancaq, əsasən 1-20 yaş arasında başlayır. Əksəriyyətində ailədə eyni və ya oxşar xəstəliklər mövcud olur.

Allergik Rinitin növləri varmı?

Mövsümlə əlaqəli allergik rinit: Ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranan rinitdir. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir. Tozcuq mövsümü xaricində xəstələr ümümilikdə rahat olurlar. Yazın əvvələrində ağac, ortalarında çayır, yazın ortasından payıza qədər də yabanı ot tozcuqları bu şikayətə səbəb olar.

İl boyu davam edən allergik rinit: Allergenlərlə təmasın il boyu davam etdiyi və şikayətlərin il ərzində mövcud olduğu allergik rinit növüdür. Səbəb olan allergenlər ev tozu akarı, hamam böcəkləri, ev heyvanı allergenləri (pişik,it) və sporları

Ən vacib allergen ev tozu akarıdır (mite). Xəstənin yaşadığı yerdə daima akar allergenlərinə məruz qalması, şikayətlərinin il boyu davam etməsinə səbəb olur.

Digər ev içi allergenləri isə ev heyvanlarıdır. Xüsusi ilə pişik allergenləri cox vacibdir. Yayıldığı yerdə aylarca qala bilir. Tək ev içində deyil, məktəb, iş yeri, avtobuslarda yüksək miqdarda təsbit edilmişdir.

Peşəyə bağlı allergik rinit: İş yerlərindəki allergenlərə, qıcıqlandırıcı maddələrə bağlıdır. Asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərinə girdikdən sonra yaranır. Xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar.

Allergik Rinitin digər allergik xəstəliklərlə əlaqəsi varmı?

Allergik rinit olan xəstələrin 30-40%-də bronx həssaslığı və allergik astma, daha az sıxlıqda digər allergik xəstəliklər müşahidə olunur.

Allergik Rinit diaqnozu necə qoyulur?

Anamnez, fiziki müayinə əlamətləri ilə birgə dəri allergiya testi və burun yaxmasının incəlməsi ilə qoyulur. Diaqnoz üçün ən çox istifadə olunan dəri testidir, ancaq, dəri testində olmayan bir allergenə allergiyası varsa, bu test o qədər də faydalı olmayacaq, nəticə neqativ çıxacaq. Həmçinin bəzi allergenlər dəridə reaksiya verməsələr də, tənəffüs yollarında reaksiyaya səbəb olur. Bundan başqa, qanda İgE - yə baxılır.

Allergik Rinitin müalicəsi

  • Allergenlərlə təmasın aradan qaldırılması
  • Dərman müalicəsi
  • Hiposensibilizasiya (peyvənd müalicəsi)
  • Cərrahi müalicə
  • Fitoterapiya (Rhinolight)

1) Allergenlərlə təmasın aradan qaldırılması

Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaqdır. Ancaq bu o qədər də asan deyil. Tozcuqlardan qorunmaq üçün tədbirlər:

  • Tozcuqların çox olduğu vaxtlarda saat 05.00-10.00 arası açıq havaya çıxmayın. Ancaq burunu bağlayan maskalarla çıxa bilərsiniz.
  • Tozcuqlar olan vaxt açıq havada idman etməyin.
  • Saç tozu tutur. Bu səbəbdən hər axşam saçlarınızı yuyub, duş alın.
  • Uşaqlar evə gəldikləri zaman paltarlarını dəyişməlidirlər.
  • Maşında pəncərələri açmayın.
  • Tozcuq mövsümündə qapı və pəncərələrinizi bağlayın.
  • Evdə və ofislərdə kondisionerlərin filtri tez-tez dəyişdirilməli.
  • İstirahət üçün dəniz kənarını seçin.
  • Bayırda eynək və şlyapalardan istifadə edin. Eynəkləri hər gün axar su altında yuyun.
  • Gündəlik paltarlarınızı yataq otağında dəyişməyın.
  • Allergiyaya qarşı həkim qəbuluna gedin.
  • Ev tozu akarlarından qorunmaq üçün nəmli mühitdən uzaq olun, yataq otağında toz tutacaq əşyaları (xalça) götürmək, allergenləri keçirməyən yataq, yorğan, yastıqlardan istifadə etmək lazımdır.

2) Dərman müalicəsi:

Qulaq burun boğaz həkiminiz tərəfindən aparılacaq müayinə nəticəsində alergiyanin infeksiya və ya hər hansı anatomik pozğunluğa səbəb olub-olmadığı müəyyən olunub, ona uyğun müalicə veriləcəkdir. Allergiya müalicəsində istifadə olunan dərmanlar aşağıdakılardır.

  • Antihistaminlər
  • Dekonjestanlar
  • Xromalin
  • Kortizonlu dərmanlar

Bu dərmanlar tək və ya kombinə şəkildə həkim məsləhətinə görə istifadə olunur.

3) Peyvənd müalicəsi (immunoterapiya):

Bu allergiyadan qorunmağın mümkün olmadığı və ya dərman müalicəsinin fayda vermədiyi hallarda, allergenin az dozadan başlayaraq, artan şəkildə şprislə dəri altına yeridilməsi üsulu ilə aparılan immunoterapiyadır. Bu zaman orqanizm bu maddəni tanıyaraq allergik reaksiya göstərməməyə proqramlanır. Peyvənd həftədə bir dəfə olmaqla, 3 -5 il ərzində aparılır. Son illərdə allergenin ağızdan (dilaltı) və ya burundan verilməsi ilə yaxşı nəticələr əldə edilməsi bildirilmişdir. Yaşı 5-dən az olan uşaqlar, immun sistemi, xərçəng xəstəliyi, ağır psixoloji problemləri olanlar, müalicəyə düzgün davam edə bilməyən xəstələr peyvənd aparılması üçün münasib kontingent deyil.

İmmunoterapiya mütəxəssis nəzarəti altında aparılmalıdır. Xəstə hər peyvənddən sonra 30 dəqiqə gözləməli. hər hansı reaksiya yaranıb-yaranmamasına nəzarət olunmalıdır. Peyvənddən sonra hər hansı əlamət hiss edilərsə həkiminizlə məsləhətləşin.

4) Cərrahi müalicə:

Burun əti və ya Konxa allergik şikayəti olan xəstələrdə böyüyür. Onlarda müşahidə olunan burun tıxanıqlığını daha da artırır. Bundan əlavə, allergiya burun içində poliplərdə yaradır. Poliplərdə mövcüd burun tıxanıqlığını daha da artırır. Bu kimi hallarda cərrəhiyyə müalicədən daha faydalıdır. Bu əməliyyatda əsas məqsəd burun tıxanıqlığını götürməkdir, bununla yanaşı allergiyanın digər əlamətləri də əməliyyatdan sonra azala bilər.

5) Fototerapiya (Rhinolight):

Allergiyanın müalicəsində istifadə olunan ən yeni metoddur. Bir neçə dəqiqəlik seanslarla istifadə olunan işıq müalicəsi ağrısızdır və bir ya da iki müalicədən sonra təsirini göstərir. Həm mövsümi, həm də il boyu allergik şikayətləri davam edən xəstələrdə işıq müalicəsi ilə burunda allergiyaya bağlı yaranan qaşıntı, axıntı, tıxanma, asqırma azalır və ya yox olur.

Burun daxili işıq müalicəsi allergik şikayətləri olan xəstələrdə istifadə edilməklə yanaşı bəzi xəstə qruplarında xüsusi ilə istifadə edilir.
Bunlar:

  • Şikayətləri burun spreyi və ağızdan alınan allergiya dərmanları ilə kontrol edilə bilməyən xəstələr
  • Standart müalicənin əlavə təsiri, digər istifadə olunan dərmanlarla birləşərək əks təsir yaradan xəstələr.
  • Uzunmüddətli dərman qəbul etmək istəməyən xəstələr.

İki həftə içərisində istifadə olunan 6-8 seansdan ibarət olan Rinolight müalicəsində burunda istilik və ağrı hissi yaranmır. Rinolight müalicəsində verilən işığın 70%-dən çoxu gözlə görünən işıqlar, 25%-i ultrabənövşəyi A və 5% -i ultrabənövşəyi B-dir.

Rinolight ilə burunda yaranan əsas təsir:

  • Mukozada histamin ifrazının qarşısını almaq
  • Histamin yaradan mast hüceyrələrin ifrazının qarşısını almaq
  • T limfosit və eozinofil miqdarında azalma.

İşıq müalicəsindən istifadə olunma formaları

Rinolight mövsumi allergiyası olan xəstələrdə 6, il boyu davam edən xəstələrdə 8 seans olaraq istifadə edilir. Mövsumi allergiyada ardıcıl 2 həftədə 3 müalicə, il boyu davam edən xəstələrdə ilk həftədə 3 müalicə daha sonra 5 həftə boyunca həftədə 1 dəfə aparılmalıdır.

Hansı xəstələrdə Rinolight müalicəsi əks göstərişdir?

  • Ciddi burun əyriliyi olan xəstələr
  • Kəskin virus və bakterial burun iltihabı olan xəstələr
  • Burun və ya burun udlaqda şiş olan xəstələr
  • Ciddi burun quruması və qabıqlanması olan xəstələr
  • Daha əvvəl işıq müalicəsinə bağlı dəridə problemləri olan xəstələr.

Uşaqlarda istifadəsi haqqında heç bir klinik məlumat olmadığından Rinolight müalicəsi 14 yaşdan yuxarı xəstələrdə aparılmalıdır.